Yuxarı

Polis iki istirahət mərkəzini cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində aparılan reyd zamanı şəhərin Kiçik Bazar ərazisində dəniz kənarında fəaliyyət göstərən "Ləzzət” və "Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Bununla bağlı F.Həsənov və K.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Reyd zamanı, həmçinin Lənkəran şəhərinin Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib. Lənkəranda bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2019.07.20 / 15:52
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla