Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Sentyabr 2019


DİM imtahan nəticələrini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501 namizəddən 18 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:55-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azərsell, Baksell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA2 altqrupu üzrə – 6 nəfər;

BA3 altqrupu üzrə – 11 nəfər;

BA4 altqrupu üzrə – 29 nəfər;

BB1 altqrupu üzrə – 58 nəfər;

BB2 altqrupu üzrə – 87 nəfər;

BB3 altqrupu üzrə – 135 nəfər;

BB4 altqrupu üzrə – 154 nəfər olmaqla, ümumilikdə 480 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 19-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: ali təhsil haqqında sənədin surəti; əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 19–21 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Tarix
2019.08.18 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübariz İbrahimovun ev muzeyi hazırlanır - Video

Əli Həsənov Nuru Paşadan yazdı

Azərbaycan torpağı PKK tərəfdarına verilmir - Ləğv

Oğrular daha çox hansı mənzili seçir? - Polis açıqladı

Bakıda yürüş keçirildi - Video

Əbülfəs Qarayev Özbəkistan prezidenti ilə görüşdü

İsmayıllıda ayı ev sakinini parçaladı

Azərbaycanda yeni turizm məktəbi yaradılacaq

Kəndlərdə elektrik enerjisi sistemi yenidən qurulur

Qafqaz İslam Ordusu Bakıya bu hisslərlə gəlmişdi – Səfir

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla