Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Sentyabr 2019


“Natura” şirəsi haqda yayılan foto ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl xəbər saytlarında vətəndaş Ayxan Rəhimli tərəfindən “Gilan Holding”ə aid Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Natura” meyvə şirəsinin keyfiyyətində uyğunsuzluq aşkarlanması haqqında məlumat yayılıb. Qeyd olunan şikayətlə bağlı, şirkət tərəfindən komissiya yaradılıb və sözügedən şaftalı nektarından nümunə Qəbələ Konserv Zavodunun laboratoriyasına ekspertiza üçün təqdim olunub.

Axar.az xəbər verir ki, götürülən nümunə laboratoriya şəraitində müxtəlif parametrlər üzrə incələnərək, məhsulun tərkibinin pH, turşuluq, orqanoleptik və digər göstəricilərə uyğun olması aşkar olunub. Məhsulun istehsalından sonra, 30.04.2019-cu il tarixində keçirilmiş mikrobioloji analizlər nəticəsində də heç bir uyğunsuzluq üzə çıxmayıb.

Ekspertizanın daha dəqiq olması üçün, eyni tarixə aid istehsalat xəttindən olan digər meyvə şirələrindən də təkrar sınaqlar götürülüb və keyfiyyətə nəzarət zamanı heç bir uyğunsuzluq aşkar edilməyib. Laboratoriya sınaqları üçün nümunələr, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də təhvil verilib ki, Agentliyin də sınaq nəticələri yaxın günlərdə bəlli olacaq və ictimaiyyətə açıqlanacaq.

“23.04.2019-cu il tarixində istehsal olunmuş bu meyvə şirəsinin qutusuna baxış keçirilib və problemin qutuya kənardan fiziki müdaxilə nəticəsində yaranması ehtimal olunur. Bildirmək istərdik ki, bu tip məhsullar steril şəkildə qablaşdırılaraq satışa təqdim olunur. Qablaşdırmaya xarici fiziki təsir nəticəsində qutunun içərisinə hava sızması yarandıqda, sterillik pozulur və beləliklə, açıldıqdan uzun müddət sonra aseptik olmayan qablaşdırmada kif və ya maya göbələkləri inkişaf edərək, bu tip halların ortaya çıxmasına səbəb olur.

Bununla əlaqədar, istehlakçılara qablaşdırmanın üzərində qeyd edilən saxlama tələblərinə riayət etmələri, qoruyucu halqası qırılmayan, sızıntı və şişmə olmayan şirə paketlərini istifadə etmələri tövsiyə olunur. Bütün bunlarla yanaşı, müştərimizə, bu kimi mümkün problemin işıqlandırılması və istehlakçılarımızı bir daha maarifləndirmək imkanına görə təşəkkürümüzü bildirir, Qəbələ Konserv zavodunu ziyarət edərək, istehsalat prosesi ilə canlı tanış olmağa dəvət edirik” – deyə “Gilan

Holding”in Marketinq və kommunikasiyalar şöbəsinin direktoru Fərid Məmmədov bildirib.

Tarix
2019.08.20 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir Naftalan və Gəncəyə səfər etdi - Foto

Şəhid xanımı: Bu gün onlar azadlığa buraxılsa...

Yaponlar Xəzərdə tədqiqatlara başlaya bilər

Prezident Mehriban İmanovaya vəzifə verdi - 2 sərəncam

Bakıda bu restoran 9 milyona satılır - Foto

Azərbaycanlı gənc Vikimedia Fondunun idarəçisi seçildi

Səudiyyə vuruldu, Ələkbərov yarım milyard qazandı

Deputat təkzib etdi və girovda olan vəsiqənin fotosu yayıldı

Generallar bir arada - İclas

Polis rəisi narkotikin zərərlərindən danışdı

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla