Yuxarı

Millət vəkili şəhid pilota həsr olunmuş tədbirdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid pilota həsr olunmuş tədbirdə - Foto

Millət vəkili Qənirə Paşayeva Müdafiə Nazirliyi, Mədəniyyət Mərkəzi və "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İB-nin təskilatçılığı ilə şəhid pilot, mayor Təbriz Musazadəyə həsr olunmuş tədbirdə iştirak edib.

Axar.az xəbər verir ki, tədbirdə şəhid anaları , qazilər, millət vəkilləri , şəhid T.Musazadənin ailə üzvləri, iş yoldaşları , ictimaiyyət nümayəndələri iştirak edib. Millət vəkili tədbirdə çıxış edərək T.Musazadənin qəhrəmanlıq yolundan danışıb və gənclərə çağırış edib.

Q.Paşayeva bu cür tədbirin keçirilməsinin vacibliyini vurğulayıb:

"Nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq. Belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik. T.Musazadənin ömür yolu bugünkü gənclərə əsl örnəkdir".

Millət vəkili televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin tez-tez nümayiş olunmasının önəmindən bəhs edib: "Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Təbriz Musazadə kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq. Şəhidlərimiz haqqında çəkilən bu cür filmlər orta məktəblərdə uşaqlarımıza, gəncliyimizə nümayiş olunmalıdır.

Dövlətimiz və xalqımız hər zaman yanınızdadır. Biz hamımız Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun sakitlik tapacağına əminik. O gün uzaqda deyil. İnşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq".

Q.Paşayeva Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidlərimizin ailələri ilə görüşündə şəhid ailələrinə hər bir azərbaycanlının diqqət və qayğı ilə yanaşması haqqında söylədiklərini xatırladıb və dövlətin şəhid ailələrinə dəstək olduğunu bildirib:

"Hər zaman sizin yanınızdayıq. Siz bütün Azərbaycan üçün çox dəyərlisiniz. Qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm. Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz".

Tədbir çərçivəsində millət vəkili şəhid ailələri ilə görüşərək söhbətləşib.

Tarix
2019.08.21 / 21:58
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla