Yuxarı

Ölkəmizdə 25 il evsiz yaşayan rus vətəninə göndərildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə 25 il evsiz yaşayan rus vətəninə göndərildi - Foto

Bir il 8 aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı, 64 yaşlı Viktor Seryakov bu gün Bakı hava limanlndan Moskva şəhərinə yola salınıb.

İstiPress-in məlumatına görə, onu Qubadan Bakıya gətirən Quba xəstəxanasının baş həkimi Əlyar Sərvərov və Ombudsman Aparatının Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev hava limanından yola salıblar.

Qeyd edək ki, Viktor Seryakov 25 ildir Azərbaycanda yaşayır. O, Rusiyada 1991-1994-cü illər arasında həbsdə olub və 1994-cü ildə həbsdən çıxdıqdan sonra ölkəsində iş tapa bilmədiyindən Azərbaycana gəlib. Ölkəmizin bir sıra bölgələrində işləyən rus "bomj" son illər Quba və Siyəzəndə şəxsi təsərrüfatlarda çalışıb.

Soyuq qış günlərində ağır xəstəliyə tutulan Viktor bir gün gecə saatlarında Bakı-Quba yolunun rayonun İsnovqışlaq kəndi ərazisində huşsuz halda tapılıb. Təcili yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılan Viktor Seryakovda bir neçə xəstəlik aşkar olunub. Rusiya vətəndaşında ağ ciyərin iltihabı, dəri xəstəliyi və gözlərində katarakta xəstəliyi müəyyən edildikdən sonra xəstəxanada müalicə olunmağa başlayıb. Artıq səhhəti tam bərpa olunan Viktora təzə əyin-baş da alınıb.

Quba icra başçısının müavini Səidə Abasova bildirib ki, rus "bomj"un Rusiyaya göndərilməsi rayon İH başçısı Ziyəddin Əliyevin Rusiyanın Azərbaycandakı səfirliyinə və Ombudsman Elmira Süleymanovaya müraciətindən sonra mümkün olub. Öz növbəsində rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov da rəsmi qurumlara məktub göndərib.

Rayon rəhbərliyinin göstərişilə Rusiya vətəndaşı, 64 yaşlı Viktor Seryakov bu gün tam normal halda Moskva şəhərinə yola salınıb. 25 ildir vətənini görməyən Viktor Seryakov bundan sonra Vladimir vilayətindəki ahıllar evində yaşayacaq.

Tarix
2019.09.07 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla