Yuxarı

Bakıda 2 marşrut xətti birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 2 marşrut xətti birləşdirilir

Bakıda optimallaşdırılma işləri çərçivəsində daha 2 marşrut xətti birləşdirilir.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Marşrutun birləşdirilməsinin müsbət tərəfi ondan ibarətdir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılması, marşrutun fəaliyyətində idarə etmənin asanlaşması və kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan Alo141 Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə səbəb olur.

Tarix
2019.09.09 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla