Yuxarı

Bakıda unikal piyada keçidi belə olacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda unikal piyada keçidi belə olacaq - Foto

Xətai rayonunun “Ukrayna dairəsi” adlanan ərazisində unikal görünüşlü piyada keçidi inşa edilir. Ümumi uzunluğu 76 metr olacaq keçid Bakıda ilk dəfə olaraq şüşə materialla üzlənəcək. Burada həmçinin fiziki qüsurlu şəxslərin rahat gediş-gəlişi üçün panduslar da quraşdırılacaq.

Hər kəsin marağına səbəb olan keçidin nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

Hazırda da davam edən işlərlə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yerüstü piyada keçidində hər hansı bir eskalator, lift və ya digər buna bənzər avadanlıq quraşdırılmayacaq. Keçid pilləkənli olacaq:

“Piyada keçidlərində beynəlxalq təcrübədə belədir ki, hansısa eskalator, lift quraşdırılmır. Türkiyədə və digər xarici ölkələrdə də piyada keçidlərində eskalator və digər bu kimi avadanlıqlar olmur. Bizdə də elə olacaq. Sadəcə olaraq, normal pilləkənlər tikilir. İnsanların bu pilləkənlərdən istifadə etmələri həm də onların sağlamlıqları üçün əlverişlidir.

Ancaq fiziki məhdudiyyətli insanların hərəkəti nəzərə alınıb. Onların hərəkəti üçün müəyyən tədbir də nəzərdə tutulub ki, keçiddən istifadə edərkən problem yaşamasınlar”.

A.Nəcəfli bildirib ki, sözügedən ərazilərdə bu keçidin inşası zərurəti yaranmışdı:

“Məlumat üçün deyim ki, Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Neapol küçəsi yenidən qurulub. Hazırda isə Mehmandarov prospektində yenidənqurma işləri aparılır. Bu işlərlə bağlı kompleks tədbirlər görülür. Yəni bir küçə təmir edilir, digər küçə də ona birləşdirilir. Ukrayna dairəsi ərazisində də insanlar yolu sağa-sola keçirdilər. Bu, onların həyatı üçün təhlükəli idi. Ona görə də görülən işlər çərçivəsində ərazidə yerüstü piyada keçidinin də inşası həyata keçirilir”.

Tarix
2019.09.10 / 14:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla