Yuxarı

Millət vəkili şagirdlərə görə çağırışa qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şagirdlərə görə çağırışa qoşuldu

Millət vəkili Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun şagirdlərdən ictimai nəqliyyatda gediş haqqı alınmaması ilə bağlı çağırışına reaksiya verib.

Axar.az xəbər verir ki, F. Mustafa məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalı olduğunu bildirərək, bu istiqamətdə işlər görülməsinə çağırış edib:

“Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “Bakı Bus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni iş günlərində məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”

Qeyd edək ki, bu gün Təhsil eksperti Kamran Əsədov şagirdlərdən ictimai nəqliyyatda gediş haqqı alınmaması üçün Nazirlər Kabinetinə, Milli Məclisə, Təhsil Nazirliyinə və Bakı Nəqliyyat Agentliyinə müraciət edib.

Tarix
2019.09.18 / 14:22
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

Erməni nümayəndə heyəti Azərbaycana gəldi - Foto

İranın “1 dollar” arzusu: buna imkan verilməyəcək!

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla