Yuxarı

Bu müəllimlərə əlavə ödənişlərin miqdarı artırılsın – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müəllimlərə əlavə ödənişlərin miqdarı artırılsın – Təklif

Təhsil eksperti Kamran Əsədov rayon mərkəzlərindən uzaqda yerləşən kənd məktəblərində işləyən müəllimlərlə bağlı təklif irəli sürüb.

Axar.az xəbər verir ki, ekspertin sözlərinə görə, hər il kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilsə də, rayon mərkəzlərindən uzaqda yerləşən məktəblərdə çalışan müəllimlərə verilən əlavə vəsaitin məbləği olduğu kimi qalır.

K.Əsədov hesab edir ki, Təhsil Nazirliyi H1 və H2-yə görə verilən əlavə vəsaitlərin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməlidir:

“Uzun müddətdir ki, H1 (rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləridir, 60 manat əlavə ödəniş edilir) və H2 (20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləridir, 160 manat əlavə ödəniş edilir) verilən vəsaitlər eyni qalıb. Yəni bu müddət ərzində benzinin qiyməti, elektrik və digər xərclər artıb.

Ümid edirəm ki, Təhsil Nazirliyi H1 və H2-yə görə verilən əlavə vəsaitlərin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək. Çünki Təhsil Nazirliyi son illər müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Hazırda verilən vəsaitlər xərcləri tam ödəmir”.

Tarix
2019.09.27 / 15:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla