Yuxarı

Deputat ADU-ya gəldi: Yalan məlumatlar... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat ADU-ya gəldi: Yalan məlumatlar... – Foto

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib.

Kult.az xəbər verir ki, universitetin rektoru, akademik Kamal Abdulla rayonun millət vəkilini salamlayıb və bu görüşlərin adət halını aldığını diqqətə çatdırıb.

Rektor ölkəmizdə son dövrlərdə baş verən müsbət proseslər, dəyişikliklər barədə söhbət açıb:

“Bu gün Azərbaycanın haqq sözünü bütün dünya eşidir. İstənilən məkanda və zamanda Azərbaycanın haqq işi, müstəqil siyasəti və mövqeyi cənab Prezident tərəfindən cəsarətlə söylənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dəvətə görə rektora təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib:

“Bu gün Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir. Bu uğurların təməlini ulu öndər, ümumilli lider Heydər Əliyev qoyub. Onun siyasi kursunu isə cənab prezident davam etdirir.

Ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür.

Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib”.

Görüş tələbələrin sualları ilə davam edib.

Tarix
2019.10.09 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla