Yuxarı

Bu deputatlar siyahıya alınmadı: Heç kim gəlməyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu deputatlar siyahıya alınmadı: Heç kim gəlməyib

Oktyabr ayının 1-dən 10-na kimi Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçirildi. Dövlət Statistika Komitəsi siyahıyaalınmanın bütün ölkə ərazisini əhatə etdiyini bildirsə də, sosial şəbəkələrdə bununla bağlı insanların narazılığı müşahidə olunur. Belə ki, əksəriyyət onların yaşadığı ünvana siyahıyaalınma üçün heç kimin gəlmədiyini, bu prosesdə iştirak edə bilmədiklərini qeyd edir.

Axar.az xəbər verir ki, Modern.az-ın əməkdaşı bu iddiaları nəzərə alaraq, Milli Məclisin üzvləri ilə əlaqə saxlayıb və siyahıyaalınmada iştirak edib-etmədikləri ilə maraqlanıb.

Aqil Abbas siyahıyaalınmada iştirak edib. O prosesdən razı qaldığını deyir: "Siyahıyaalınma üçün yaşadığımız ünvana gəlmişdilər, 2 nəfər əməkdaş çoxlu suallar verdi, biz isə cavablandırdıq. Əslində bu qədər ətraflı aparılması məndə bir az təəccüb doğurdu. Bütün ailə üzvlərini siyahıya aldılar. Suallar ailə vəziyyəti, doğum tarixi, ailə üzvləri haqqında məlumat, təhsil durumu, xüsusilə işləyib-işləməməyimizlə bağlı idi”.

Araz Əlizadə isə siyahıyaalınmada iştirak edə bilməyib: "Bununla bağlı bizim yaşadığımız ünvana heç kim gəlməyib”.

Asim Mollazadə də eynilə, onlara müraciət edilmədiyini söyləyib: "Siyahıyaalınma üçün bizə gələn olmayıb”.

Siyahıyaalınma prosesində iştirak etməyən deputatlardan biri də Aydın Mirzəzadədir. O, bununla əlaqədar heç kimin yaşadıqları ünvana gəlmədiyini bildirib: "Bizim evimizə siyahıyaalınma üçün gəlməyiblər. Ümid edirəm ki, növbə çatmadığına görə hələlik prosesdən kənar qalmışıq”.

Elman Məmmədovun ailəsini isə siyahıya alıblar: "Amma bizə çox sual verilmədi. Təvəllüdlər, ailə üzvləri, iş yerləri barədə məlumatları qeyd etdilər”.

Fazil Mustafa da siyahıyaalınmadan keçdiklərini bildirib: "Qardaşım da yaxında yaşayır, onların ailəsi ilə də maraqlanıblar, prosesi həyata keçiriblər. Bizimlə bağlı problem olmasa da, sosial şəbəkələrdə əksəriyyət bu prosesdə iştirak etmədiyini yazır. Düşünürəm ki, bu araşdırılmalıdır”.

Kamilə Əliyeva siyahıyaalınma üçün onlara müraciət edildiyini təsdiqləyib: "İcra hakimiyyətindən nümayəndələr qapımızı döymüşdülər. Blankları sərbəst doldura bilməyən ailə üzvlərimizə kömək etdilər. Anketi mən də doldurdum. Suallar çox yaxşı tərtib olunmuşdu”.

Elman Nəsirov deyib ki, prosesdə iştirak edib: "Yasamal rayonunda yaşayıram və bizə də gələrək, siyahıya aldılar”.

Çingiz Qənizadə iki nəfərin siyahıyaalınma üçün onların yaşadığı ərazidə qeydiyyat apardığını deyib: "Anketdə qeyri-adi suallar yox idi. Hər kəsdən təvəllüdünü, harada doğulduğunu və qeydiyyatda olduğu ünvanı, iş yerlərini soruşdular. Bu qədər”.

Siyahıyaalınma müddətində Bakıda olmayan deputatlarımız da var.

Əflatun Amaşov xaricdə olduğunu, siyahıyaalınmada iştirak edə bilmədiyini söyləyib: "Mən hələ bu gün vətənə qayıdıram. Siyahıyaalınma prosesində iştirak etməmişəm. Bununla bağlı hələlik mənə zəng, yaxud hər hansı formada müraciət də olunmayıb”.

Tahir Kərimli isə rəsmi tədbirlərlə bağlı deputat seçildiyi rayonda olub: "Buna görə, mən özüm siyahıyaalınmada iştirak etməmişəm. Düzünü desəm, ailə üzvlərimdən də prosesdə iştirak edib-etmədiklərini maraqlanmadım. Yəni siyahıyalınma üçün qapımızın döyülməsindən xəbərsizəm”.

Tarix
2019.10.11 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla