Yuxarı

Nur-Sultanda Azərbaycanla bağlı xiyaban açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nur-Sultanda Azərbaycanla bağlı xiyaban açıldı - Foto

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və 18 oktyabr Müstəqillik Günü münasibətilə xiyabanın açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşəbbüsü ilə baş tutan tədbirdə şəhərin iqliminə uyğun ağaclar əkilib.

Səfir Rəşad Məmmədov bildirib ki, məqsəd Azərbaycanın müstəqillik gününü və diplomatik xidmətin 100 illiyini qeyd etməklə yanaşı, bu yolla təbiətə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına, ekoloji təhlükəsizliyə yönəltməkdir.

Qazaxıstan Xarici İşlər Nazirliyinin və Nur-Sultan şəhər administrasiyasının rəsmiləri bu aksiya ilə xoş bir ənənənin əsasının qoyulduğunu və Azərbaycanın xeyirxah təşəbbüsünə dəstək göstərdiklərini ifadə ediblər.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və əməkdaşları, şəhər sakinləri, diaspora və media nümayəndələri də iştirak ediblər.

Tarix
2019.10.19 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla