Yuxarı

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, qardaş ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, xəbər portalları və qəzetləri Azərbaycan liderinin açıqlamalarını çoxmilyonlu auditoriyası ilə bölüşüb, həmçinin Prezident İlham Əliyevin müsahibəsindən sitatlar dərc edib.

“Türkiye” qəzeti “Zəngəzur dəhlizi genişlənir! Əliyev məsələni ətraflı izah etdi” sərlövhəli məqaləsində Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirən marşrutun Türkiyə və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.

Qəzet oxucularını Azərbaycan Prezidentinin bəyanatları ilə tanış edərək vurğulayıb ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sadəcə dəmir yolu və avtomobil yolu deyil. Qəzet Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasına nail olunması ilə bağlı sözlərini sitat gətirərək qeyd edib: “Bu marşrut gələcəkdə fiber-optik kabel, elektrik xətləri və zərurət yarandıqda, neft və qaz boru kəmərləri üçün də istifadə edilə bilər”.

“Hürriyet”, “Milliyet”, “Star” və digər qəzetləri də öz oxucularına Prezident İlham Əliyevin bəyanatlarını təqdim edib.

“Anadolu” xəbər agentliyi “Azərbaycan Prezidenti Zəngəzur dəhlizini qiymətləndirir” sərlövhəli məqaləsində Zəngəzur dəhlizi məsələsinin həllini tapdığı 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton sammitinin nəticələrini xatırladıb.

Agentlik dövlət başçısının Ermənistan sərhədinə dəmir yolu xəttinin çəkilməsi və Naxçıvanda dəmir yolu işləri ilə bağlı fikirlərini abunəçiləri ilə bölüşüb. Qeyd olunub ki, Bakı bu nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarını ildə azı 15 milyon tona çatdırmağı hədəfləyir.

Agentlik Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının qonşu ölkələrə yaratdığı təhlükə ilə bağlı sözlərinə xüsusi diqqət yetirib. “Anadolu” Azərbaycan Prezidentinin bu barədə fikirlərini sitat gətirib: “....Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.

Türkiyənin populyar televiziya kanalları “HaberGlobal”, “HaberTürk”“Ulusal TV” də Azərbaycan Prezidentinin bəyanatları ilə bağlı reportajlar yayımlayıb, həmçinin müvafiq xəbərləri veb-saytlarında və sosial media səhifələrində yerləşdirib.

Tarix
2026.08.12 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla