Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2019


Vladimir Vasilyevdən İlham Əliyevə məktub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü, Çuvaşiya Xalqları Assambleyası Şurası sədrinin müavini, kulturologiya doktoru, İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetinin professoru, rejissor, ssenarist, Çuvaşiya Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya müsəlmanları birliyinin “Mənəvi birlik uğrunda” medalı kavaleri Vladimir Aleksandroviç Vasilyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Möhtərəm cənab Prezident.

Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Təşkilatları Assosiasiyasının XXXII qurultayının işi dövründə Azərbaycan Respublikasına səfər etmək imkanına görə səmimi təşəkkürümü bildirmək istərdim. Qurultay 2019-cu il sentyabrın 18-dən 20-dək Azərbaycanın əsas ali məktəbində - Bakı Dövlət Universitetində keçdi.

Universitetin rektorluğu əsl Azərbaycan qonaqpərvərliyi ilə tarixi bir hadisə təşkil etdilər. Bu, qədim Azərbaycan xalqının tarixini və mədəniyyətini daha dərindən, daha geniş və daha parlaq görməyə və anlamağa imkan verdi.

Səfər müddətində biz daha yaxşı və daha tam anladıq ki, Azərbaycan Odlar Yurdu olmaqla bərabər, həm də qəlbi alovlu insanların ölkəsi, zəhmətkeşlər ölkəsi, ziyalılar ölkəsi, yaradıcılıq ölkəsi, gənclik ölkəsidir! Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev buna parlaq nümunədir. O, Çuvaşiyada olub və bizim xalqımız barədə səmimi ürək sözlərini söyləyib. Onun qərarı ilə Çeboksarıda Nizamiyə abidə ucaldılıb. Nizami bağı bizim şəhərimizin bəzəyinə çevrilib. Heydər Əliyevə Ümumçuvaş Milli Mükafatının verilməsi müasir dövrün bu görkəmli siyasi xadiminə çuvaş xalqının səmimi hörmətinin ifadəsi oldu.

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevin Çuvaşiyada olması haqqında materiallar dərc edilmiş Çuvaşiya qəzetlərinin skanlanmış səhifələrini Bakı Universitetinin şanlı məzunu haqqında xatirə kimi universitetə hədiyyə etdim. Qoy, Azərbaycanın gənc nəsli millətin Liderinin böyüklüyünü daha dərindən anlasın! Qoy, Azərbaycanın gənc nəsli həyatını kimin nümunəsi əsasında qurmağa şübhə etməsin!

Mən həm də ona görə fəxr edirəm ki, Heydər Əliyev İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetində rəsmi səfərdə olarkən onunla şəxsən görüşmək şərəfinə nail olmuşam. Gələn il mən çuvaş xalqının əcdadları – oqurlar (bolqarlar) və I-IV əsrlərdə Biləsuvar rayonunun ərazisində olmuş suvarlar haqqında sənədli televiziya filmi çəkəcəyəm. İstərdim ki, bu film çuvaş xalqı ilə Azərbaycan xalqı arasında, Rusiya ilə Azərbaycan arasında qədim dövrlərdən zəmanəmizə qədər dostluğun daha bir parlaq rəmzi olsun.

Heydər Əliyev Çeboksarıda olarkən “Qələbə” memorial parkında bir küknar ağacı əkib. Bu gün həmin ağac onun haqqında canlı xatirədir. Mən Azərbaycana səfərimdən sonra həmin küknar ağacının yanına gəlib deyirəm: “Salam, möhtərəm Heydər Əlirza oğlu! Oğlunuzun - müdrik siyasi və dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Sizin yolunuzla – firavanlıq yolu ilə inamla irəliləyir”.

Tarix
2019.10.22 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əhalimiz ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Bu gündən məktəblilərin payız tətili başlayır

Bir sıra istixanaların fəaliyyəti dayana bilər - Video

Generaldan plyonka göstərişi: Sürücüləri incitməyin - Foto

Mehriban Əliyeva geri qayıtdı, onu yanına çəkdi və...

Bundan daha səfeh bəyanat təsəvvür etmək olmaz - Prezident

Kirill İçərişəhəri ziyarət etdi - Foto

“Axırıncı aşırım” filmində gözdən qaçan səhnə - Video

Ordu təlimlərinin sonuncu mərhələsi keçirildi - Foto

İlham Əliyev 5 sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla