Yuxarı

Əhaliyə təmiz su veririk – Qorxmaz Hüseynov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhaliyə təmiz su veririk – Qorxmaz Hüseynov

Suyun keyfiyyəti ilə bağlı deyə bilərəm ki, biz əvvəllər 500 nöqtədən su nümunəsi götürə bilirdik. Sonradan su nümunələri götürdüyümüz mənbələrin sayını 2300-ə, analizlərin sayımını 172 minə çatdırdıq. Laboratoriya tikdiyimiz üçün problemli yerləri müəyyən etməklə suyun keyfiyyətini yaxşılaşdıra bildik. Deyə bilərəm ki, hazırda əhaliyə verilən su bütün standartlara cavab verir.

Axar.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

O qeyd edib ki, şəhərin bütün nöqtələrində su tam nəzarətdədir:

“İctimai obyektlər, məktəblər, uşaq bağçaları müəyyənləşib. Digər mənbələr də daim nəzarətdə saxlanılır. Yalnız kooperativ binalarla bağlı bəzi problemlər qalmaqdadır. Məsələ ondadır ki, hər bir kooperativ binanın su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır. Çox təəssüf ki, onlar bunu diqqətə almırlar. Biz bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Onu da demək istəyirəm ki, bir sıra hallarda “Azərsu”nun suyunu su istehsal edən şirkətlər anti-reklam vasitəsinə çeviriblər. Ancaq su filtrləri özü çirklənmə mənbəyinə çevrilib. Yaxınlarımızdan biri 20 litrlik su almışdı. Mənə dedi ki, sizin suyunuz çox keyfiyyətsizdir. Biz həmin əraziyə verilən suyu yoxladıq. Məlum oldu ki, kooperativ binadır, ora 5 ildir təmizləyici qurğu qoyublar, bir dəfə də onun filtrini dəyişməyiblər. “Azərsu” suyun keyfiyyəti ilə bağlı bütün lazım olan işləri həyata keçirir”.

Tarix
2019.11.07 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla