Yuxarı

Bu dəfə aşağı sürət qəzaya və davaya səbəb oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu hadisədə açıq-aydın cinayət, xuliqanlıq əməli var. Cinayət Məcəlləsində də bununla bağlı müvafiq maddə mövcuddur. Ancaq biz bu hadisəyə hazırda sırf yol-nəqliyyat hadisəsi kimi yanaşırıq. Bu hadisəyə səbəb olan sürücü və qəza hadisəsi əksər sürücülərə, xüsusilə yolun sol zolağı ilə asta sürətlə hərəkət edən sürücülərə dərs olmalıdır.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı Heydər Əliyev prospektində 4 avtomobilin iştirakı ilə baş vermiş qəza və hadisədən sonra qəzaya səbəb olan sürücünün digər sürücülər tərəfindən döyülməsi hadisəsini şərh edərkən deyib.

E.Muradlı bildirib ki, hadisə təxminən bir ay öncə baş verib:

“Hadisənin bütün detalları tam təqdim olunmadığı üçün yolun sol zolağını zəbt edən və aşağı sürətlə sürən sürücünün əməlinin səbəbi bəlli deyil. İlk olaraq görünən odur ki, “Subaru” avtomobilinin sürücüsü yolun yüksəksürətli zolağında aşağı sürətlə hərəkət edir. Bu da təbii olaraq arxadan gələn avtomobillərin hərəkətinə problem yaradır. Arxadan gələn avtomobillər səbirsizlik göstərir və yolda sağ-sol manevr edərək qəzaya səbəb olur. Qəzanın səbəbkarı kimi də yolun sol zolağını zəbt edən sürücünü gördükləri üçün qəzadan sonra ona hücum edirlər. Burada açıq-aydın xuliqanlıq əməli var. Çünki yolun ortasında kimisə döymək, avtomobilinə zərər yetirmək xuliqanlıqdır. Həmçinin aydın deyil ki, sürücü nə üçün sürətli zolaqda aşağı sürətlə hərəkət edir. Ola bilər ki, ya öz səhhətində, ya da avtomobilində problem yaranıb. Ancaq o qəsdən, bilərəkdən sürətli zolaqda aşağı sürtələ hərəkət edirsə, bu qəza yəqin ki, ona da, onun kimi bütün sürücülərə də dərs olar”.

E.Muradlının sözlərinə görə, “Subaru” avtomobilinin sürücüsü başa düşməli idi ki, qəza işıqlarını yandıraraq sürətli zolaqda aşağı sürətlə şou göstərmək düzgün hərəkət deyil:

“Hər bir yolun, hər bir zolağın özünəməxsus sürət rejimi var və sürücülər də buna riayət etmək məcburiyyətindədir. Hər bir sürücü sürətinə görə zolağı düzgün seçməlidir. Hərəkət sürəti 120 olan yolda 60 sürətlə hərəkət etmək, əlbəttə, yolverilməzdir. Həmin sürücü əziyyət çəkib yolun tam sağ hissəsinə keçərək aşağı sürətlə hərəkət edə bilər.

Sadəcə bizim sürücülərdə bir qədər özündənrazılıq var. Sürücülərimiz özlərinə sığışdırmır kiməsə yol verməyi. Məhz bu səbəblərdən belə qəzalar olur.

Əlimizdəki görüntülərə əsasən deyə bilərik ki, qəzaya səbəb öndə gedən “Subaru” avtomobilinin sürücüsüdür. Görüntülərdən təxmin etmək olur ki, bu sürücülərin yol boyu hansısa problemi yaranıb və sırf bu səbəbdən bir-birinə yol verməyiblər. Görürsünüz, avtomobillərdən bir qadın da düşərək, həmin sürücüyə hücum çəkir. Adətən belə məqamlarda qadınlar sakitləşdirici mövqedə olur”.

Ekspert bildirib ki, burada konkret olaraq günahın kimdə olması, qəzaya kimin səbəb olmasını dəqiqləşdirmək üçün videonun tam versiyası araşdırılmalı, incələnməlidir:

“Ancaq istənilən halda kimisə döymək, bilərəkdən avtomobilinə zərər yetirmək yolverilməzdir, xuliqanlıqdır, cinayət əməlidir. Buna hüquqi qiymət verilməlidir”.

Tarix
2019.11.19 / 10:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla