Yuxarı

Bu ərazilərdə telekommunikasiya xətləri yenilənir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərdə telekommunikasiya xətləri yenilənir - Foto

Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirəküşkül, Aşağı və Yuxarı Güzdək kəndlərində, Sulutəpə qəsəbəsi Xocahəsən yaşayış massivi, digər kəndlər və yeni yaşayış massivləri də daxil olmaqla Abşeron Telekommunikasiya Qovşağının xidməti ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, qurumun tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda informasiya- kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətə davamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.

Genişzolaqlı infrastrukturun yenidən qurulması və nəticədə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən planlı işlər ilkin mərhələdə bir neçə regionu əhatə edir. Hazırda Abşeron rayonu üzrə layihə çərçivəsində işlər artıq yekunlaşmaq üzrədir.

Qovşağın xidmət ərazisi üzrə 50 ədəd ONU (Çöl tipli Elektron ATS) avadanlığının qurulması üçün işlər başa çatdırılıb. Quraşdırılan avadanlıqların 80 faizi artıq istifadəyə verilib. GPON layihəsinin həyata keçirilməsi üçün kabel-kanal qurğuları tikilir. Ümumilikdə ONU və GPON layihəsi üçün 65 min metrə yaxın birləşdirici fiber-optik kabelləri çəkilib.

Uzaq məsafədə yerləşən paylayıcı şkaflardakı on üç minə yaxın abunəçiyə yeni quraşdırılan ONU avadanlığından xidmət göstəriləcək. Bu da öz növbəsində internetin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olacaq.

Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərinin telefona olan tələbatı nəzərə alınaraq GPON (Gigabit Passive Optical Network) layihəsi hazırlanıb. Layihə əsasında Mehdiabad qəsəbəsində yeni tikilmiş həyət evləri üçün Optik paylayıcı şkaf quraşdırılaraq 600 abunəlik daxili xətt şəbəkəsi üçün 8000 metrə yaxın müxtəlif tutumlu fiber-optik kabel çəkilib. Hazırda vətəndaşlara internet və telefon xidməti göstərilir.

İlk növbədə xidmətə daha çox tələbat olan ərazilərdə yeni avadanlıqların quraşdırılması həyata keçirilir. Belə ki, Xırdalan şəhəri H.Əliyev prospektində 1 ədəd OPŞ quraşdırılaraq “1 May yaşayış massivi”nə (həyət evlərinə) və çoxmərtəbəli yeni yaşayış binalarına daxili xətt şəbəkəsi tikilməklə 3000-ə yaxın mənzilə xidmət göstəriləcək.

Tarix
2019.11.22 / 16:32
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla