Yuxarı

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Yarımadada gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa əsasən, dekabrın 8-9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi dekabrın 9-da arabir güclənəcək.

Rayonlarda dekabrın 8-də axşam, 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.

Tarix
2019.12.07 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla