Yuxarı

Bakıda göydələnin tikintisi dayandırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda göydələnin tikintisi dayandırıldı - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində fevralın 5-də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bir sıra tikinti sahələrində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, dövlət nəzarəti tədbirləri zamanı fiziki şəxs İmanov Fədai Ərzuman oğluna məxsus müəssisə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi, 48 ünvanında inşa olunan 2 bloklu, 9 mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi məlum olub. Həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib.

DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq həmin müəssisədə işlər burada aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Bununla əlaqədar qeyd olunan tikinti obyektinin sahibinə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilməklə, müvafiq qaydada protokol tərtib olunub.

Eyni zamanda, Gəncə şəhər sakini, fiziki şəxs Həsənov İsmət Anar oğluna məxsus olan, Samux rayonunun Sarıqamış kəndində, Bozdağ yaşayış massivində yerləşən fermer təsərrüfatı ərazisindəki tikinti obyektində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu aşkar edilib. Müəssisədə işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Habelə müəssisədə çalışan işçilər tərəfindən DƏMX-yə ünvanlanmış, əmək hüquqlarının təmin olunmamasına dair şikayət xarakterli müraciətlərin araşdırılmasına başlanılıb.

Tarix
2015.02.05 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla