Yuxarı

Heydər Əliyev irsi etibarlı əllərdədir - Senator

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev irsinin etibarlı əllərdə olduğunu görürük.

Report xəbər verir ki, bu sözləri Azətbaycanın Fransadakı səfirliyinin və UNESKO yanındakı daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində fransalı senator Natali Qule bildirib.

Senator Azərbaycanı 20 ildən artıq müddətdir tanıdığını, ölkəmizlə dostluğunun uzun illəri əhatə etdiyini, Azərbaycan parlamentinin ordenini böyük şərəflə üzərində gəzdirdiyini qeyd edib. Azərbaycanın bügünkü inkişafından danışan senator deyib: "Azərbaycan Qafqazda bizim tərəfdaşımızdır. Bunu heç vaxt unutmayaq. Azərbaycan sabitliyin mərkəzidir. Heydər Əliyevin uzaqgörən siyasəti artıq öz nəticələrini verir. Bu gün tanıdığımız Azərbaycan 20 il bundan əvvəlki Azərbaycandan tamamilə fərqlidir. Azərbaycanın etdiyi inkişafı yaxından öyrənmək lazımdır. Bu inkişaf bütün ölkəni əhatə edir".

Natali Qule Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hasab edirəm ki, Azərbaycanda baş verənlərə yaxından nəzər yetirmək, daha dərindən öyrənmək vacibdir. Azərbaycanın qonşuları nə İsveçrədir, nə Lüksemburq, nə də İtaliyadır. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Ölkədə bir milliona yaxın qaçqın və məcburi köçkün var".

Azərbaycan-Fransa əlaqələrindən danışan senator əlavə edib: "Fransa Azərbaycana münasibətə daha diqqətcil olmalıdır. Azərbaycanla bəzən beynəlxalq mətbuatda layiq olduğu kimi rəftar olunmayıb. Bu gün Azərbaycan Fransada özünə yer edə bilib. Fransada hamı Azərbaycana hörmət edir. Bunlar hamısı Heydər Əliyevin özəyini qoyduğu uğurlu siyasətin nəticəsində mümkün olub".

Senator bu gün Heydər Əliyev irsinin etibarlı əllərdə olduğunu bildirib: "Prezident İlham Əliyevin hər həftə, hər ay gördüyü işlərə, açılışlara, istər idman, istər təhsil, mədəniyyət və digər sahələrdə apardığı islahatlara baxanda Heydər Əliyev irsinin etibarlı əllərdə olduğunu görürük. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir. O, mədəniyyət, sosial, elm sahəsində böyük işlər görürür. Biz bütün işlərə yaxından nəzarət edirik, bu işlərin hamısı nəzərə alınır".

Tarix
2019.12.13 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla