Yuxarı

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

14:39

Azərbaycanda 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Axar.az xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 27,6 faiz (43 142 seçicidən 11 907 nəfər) olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 47 saylı Mingəçevir seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13,1 faiz (37 732 seçicidən 4 908 nəfər) olub.

***

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 52 saylı Quba seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz (46 952 seçicidən 15 920 nəfər) olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 20,18 faiz (33 354 seçicidən 6 731 nəfər) olub.

***

Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 40,89 faiz (38 621 seçicidən 15 792 nəfər) olub.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,32 faiz (33 354 seçicidən 7778 nəfər) olub.

***

Bələdiyyə seçkilərində ölkə üzrə seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 43,50 faiz (38 621 seçicidən 16 800 nəfər) olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,13 faiz (42 085 nəfər seçicidən 10 156 nəfər) olub.

Səsvermə saat 19:00-da başa çatıb.

Tarix
2019.12.23 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla