Yuxarı

Atasına çağırış edən azərbaycanlı İŞİD-çi öldürüldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atasına çağırış edən azərbaycanlı İŞİD-çi öldürüldü - Video

Bir müddət əvvəl yaydığı videoda atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çinin ("İslam dövləti" terrorçu qruplaşması) bu ölkədə gedən döyüşlərdə həlak olması barədə məlumat yayılıb.

Oxu.az-a daxil olan məlumatda bildirilir ki, əsl adı Dostəliyev Fariz Çingiz oğlu olan həmin şəxs Qaradağ rayonu Səngəçal qəsəbə sakinidir.

Məlumatda bildirilir ki, Fariz dünən, yəni fevralın 10-da gedən döyüşlərdə öldürülüb.

Mənbənin bildirdiyinə görə, İŞİD-ə qoşulmaq üçün bu ölkəyə gələn şəxslərdən onların telefonları alınır və döyüşlərdə öldürüldükləri təqdirdə, həmin telefondan ölən şəxsin ailəsinə bu barədə SMS-məlumat göndərilir və belə bir məlumat Farizin də ailəsinə daxil olub.

Farizin əmisi Elxanın sözlərinə görə, qəsəbədə gəncin ölümü barədə məlumatlar yayılsa da, bu, hələ dəqiq deyil:

"Belə söz var. Lakin hələ dəqiq bilinmir".

Onun sözlərinə görə, Fariz beş aydır ki, İŞİD-ə qoşulmaq üçün əvvəl Türkiyəyə, oradan isə Suriyaya keçib.

Elxan Dostəliyev həmçinin ailəsinin Farizin bu hərəkətini qəti şəkildə pislədiyini və onun İŞİD-ə qoşulmasının əleyhinə olduğunu da bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada döyüşən azərbaycanlı İŞİD-çi atasına çağırış edərək, onu bu ölkəyə gəlməyə dəvət etmişdi.

Tarix
2015.02.11 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla