Yuxarı

Əvəzsiz tarixi abidə zibil anbarına çevrilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvəzsiz tarixi abidə zibil anbarına çevrilib

Xaçmaz rayonunda 60-dan çox tarixi abidə var. Onlardan biri də bu gün dağılmış vəziyyətdə olan alban kilsəsidir.

Ölkəmizdə olan azsaylı alban kilsələrinin arxeoloj-tədqiqatı aparılmadığından bu kilsənin hansı əsrlərdə tikilməsi dəqiq məlum deyil. Abidənin alban tayfaları olan Udinlər tərəfindən inşıa edildiyi ehtimal olunur.

4 tərəfdən girişi olan abidə bişmiş kərpicdən inşa olunub, təxminən və XVII-XVIII əsrlərə tikildiyi təxmin edilir. Qədimdə tacirlərin dayanacaq nöqtəsi kimi istifadə olunurmuş.

Unikallığı ilə seçilən, qədim-şərq üslubunu özündə əks etdirən kilsənin Albanlar tərəfindən tikilməsi haqqında heç bir məlumat yoxdur. XVIII-XIX əsrlərdə isə erməni, rus və digər xristian sakinlərin ibadətgahı olub.

Bir Xaçmaz sakininin "həyətində" yerləşən kilsə hal-hazırda baxımsız vəziyyətdədir və kilsədə heç bir təmir işi getmir. Kilsənin içində zir-zibil, taxta-şalban yığılıb.

Kilsəyə zibil yığılması düzgün məlumat deyil

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Abidələrin mühafizə sektorunun rəhbəri Arif Əliyevlə əlaqə saxlayıb kilsənin indiki durumu ilə bağlı maraqlandıq. Arif bəy bildirdi ki, həqiqətən də abidənin ərazisi qəza vəziyyətindədir:

"Yəni bu dedikləriniz həqiqətə uyğundur, amma kilsənin içinə inşaat materiallarının, zibillərin yığılması düzgün məlumat deyil. Abidənin bərpası ilə əlaqədar bizdə tədbirlər planı var, 2013-2020-ci ilə qədər. 2017-2018-ci illərdə həmin abidənin bərpası tədbirlər planına daxil edilib, həmin siyahıda var. Respublikada 6308 abidəmiz var və əfsuslar olsun ki, böyük əksəriyyəti qəza vəziyyətindədir, birdən-birə hamısını bərpa eləməyə vəsait çatmır. Ona görə də ardıcıllıqla, həmin abidəyə növbə çatanda bərpa ediləcək".

Tarix
2013.12.16 / 21:46
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Bakıya gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla