Yuxarı

Şəhid ailələri Milli Məclisin qarşısına toplandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid ailələri Milli Məclisin qarşısına toplandı

"Gələn həftə onların nümayəndələri ilə görüşəcəyik".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Urud parlamentin qarşısında toplanan Qarabağ veteranları ilə görüş barədə məlumat verərəkən dedi. Onun sözlərinə görə, problem araşdırılır:

"Milli Məclisin qarşısında toplaşanlar şəhid ailələri idi. Onlar dövlət icbari sığorta ilə bağlı məsələ qaldırmışdılar. Biz onlarla görüşdük. Gələn həftə onların nümayəndələri ilə görüşməyi planlaşdırırıq. Görüşdə hər şeyi ətraflı müzakirə edəcəyik ki, problem nədir və nədən qaynaqlanır. Məsələ həll olunacaq".

Xatırladaq ki, bu gün günorta saatlarında 100-dək Qarabağ müharibəsi veteranı və şəhid ailəsi üzvləri 23 ildir sığorta pulunu ala bilmədikləri üçün Milli Məclisin qarşısına toplaşıb.

ANS-in məlumatına görə, aksiyaçılar deyiblər ki, 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlar zamanı həlak olan şəxslərin ailə üzvləri dövlət icbari sığorta pulunu ala bilmirlər. Etirazçılardan bəziləri 10-cu dəfədir buraya gəldiklərini, ancaq problemin hələ də həllini tapmadığını söyləyib. Onlar Ağdamdan və Gəncədən bəzi şikayətçilərin maşınlarının Qaradağ rayonu ərazisində saxlanıb geri qaytarıldığını iddia ediblər.

Parlamentin Sosial siyasət komitəsinin üzvləri Hadı Rəcəbli və Musa Quliyev etirazçılarılarla görüşüblər və onların nümayəndələri ilə parlamentin binasında söhbətləşib, problemin araşdırılmasına başlayıblar.

Tarix
2015.02.13 / 14:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla