Yuxarı

Azərbaycan meşələrində yanğınla bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan meşələrində yanğınla bağlı rəsmi açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan ərazisində gözlənilən temperatur yüksəlməsi ilə əlaqədar meşələrdə yanğın təhlükəsinin baş vermə ehtimalının artıb-artmaması məsələsinə aydınlıq gətirib.

Axar.az-ın məlumatına görə, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, hazırlanmış müxtəlif iqlim ssenarilərinə əsasən, Azərbaycanda növbəti illərdə orta illik temperaturun artım tendensiyası davam edəcək. 2040-cı ilədək ölkə üzrə havanın orta illik temperaturunun 1,5 dərəcə C, 2041-2070-ci illər ərzində 2,5 dərəcə artacağı gözlənilir. Temperaturun əsas artımının Mərkəzi Aran rayonlarında olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə temperaturun elə də yüksək artımı ehtimal edilmir.

Azərbaycanda meşələrin əsasən dağlıq ərazilərdə olduğunu nəzərə çatdıran A.Verdiyev qeyd edib ki, temperaturun artması birbaşa meşə yanğınlarına səbəb olmayacaq. Amma havanın mülayim, isti, quraq keçməsi meşə yanğınlarının baş verməsi üçün əlverişli şərait yarada bilər:

"Meşə yanğınlarının baş verməsi üçün ən əsas faktor insandır. İnsanların ətraf mühitə təsiri nəticəsində meşələrdə yanğınlar baş verir. Azərbaycanda da yay dövründə insan amili ilə əlaqədar müəyyən ərazilərdə meşə yanğınları müşahidə olunur”.

Qeyd edək ki, son illər ərzində ölkədə havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.9 dərəcə C artıb, atmosfer yağıntılarının orta illik miqdarı əsasən azalıb.

Kür-Araz ovalığının bəzi rayonlarında yağıntının miqdarındakı azalma 12-15 % olub, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə 2-3% artıb. Bununla yanaşı, ilin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb. İllik temperaturun artım sürəti 134 il ərzində 0.8-1.4 dərəcə C, onilliklər üzrə isə artım sürəti təqribən 0.1 dərəcə C olub. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb (Ağstafada 88 mm, Naxçıvanda 7 mm), Gəncədə isə 8 mm artıb.

Tarix
2020.01.13 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla