Yuxarı

Nərmin olayı: Əsl qatil tutulub, yoxsa?.. – Həsənquliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərmin olayı: Əsl qatil tutulub, yoxsa?.. – Həsənquliyev

Azyaşlı uşağın öldürülməsi böyük faciədir və ona ictimai reaksiya da elə belə olmalıdır. Cinayətinin üstünün gec açılmasına görə hüquq-mühafizə orqanlarının tənqid olunması da çox ədalətlidir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə geniş müsahibəsində deyib. O, əsl cinayətkarın tutulub-tutulmaması və istintaqın obyektiv aparılması məsələsinə gəldikdə isə deyib ki, cinayət işinin istintaqını prokurorluq aparır:

“Bundan sonra məhkəmə istintaqı olacaq. Mən özüm də çalışacam ki, imkan olsa, mütləq məhkəmədə iştirak edim. Hazırda bir çox hakim ədalətli və müstəqil qərarlar qəbul edir. Tam əminəm ki, Prezidentin də nəzarətində olan bu iş üzrə heç kim saxtakarlıq edib, o körpə uşağın qanını batıra bilməz.

Amma çox təəssüf ki, bəziləri bu hadisədən istifadə edib başqa məqsədlər naminə polisin gözdən salınması istiqamətində total bir kompaniya aparır.

Problemlərə baxmayaraq, biz kriminogen durumun sabitliyinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə polisə minnətdar olmalıyıq. Əgər ölkədə sabitlik olmasa, nə inkişafdan, nə islahatlardan, nə də insan hüquqlarından söhbət gedə bilər. İki gün öncə efirdən yersiz gülüşləri ilə diqqət çəkən birisi öz Yutub kanalında Nərminin ölümündən danışır və ABŞ-ı misal çəkirdi ki, bu ölkədə oxşar vəziyyətlərdə polis nə edir, cinayətkarlığa qarşı mübarizə belə təşkil olunub və s. Amma gözəl bir deyim var: Hər şey müqayisədə daha aydın görünür. Məsələn, ABŞ-da orta hesabla hər il 113 min 108 adama odlu silahdan atəş açılır və onun 36 min 383 nəfəri ölür. Bunun 1488-i uşaq və yeniyetmədir. Kimsə deyə bilər ki, ABŞ-ın əhalisi çoxdur. Onda gəlin əhalisinin sayı təqribən Bakı əhalisi (2,7 milyon) qədər olan Çikaqo şəhərinə diqqət yetirək. 2019-cu ildə bu şəhərdə 492 nəfər odlu silahla qətlə yetirilib. Məhz ABŞ-da mövcud olan siyasi korrupsiya, yəni ABŞ Milli Silah Assosiasiyasının konqresmenlərin seçki hesabına ödədiyi pullar silahlara nəzarət haqqında effektli qanunun qəbuluna imkan vermir. Bakıya gəldikdə isə bu barədə ictimaiyyətə dəqiq statistik məlumat verilməsə də DİN-in internet səhifəsində Azərbaycan üzrə 2019-cu ilin birinci yarısının statistik məlumatları yerləşdirilib və qeyd olunur ki, həmin dövrdə 131 qəsdən adamöldürmə və ona cəhd qeydə alınıb. Onun da 46-sı ailə-məişət zəminində baş verib. Düşünürəm ki, bu müqayisəyə diqqət yetirəndən sonra bizə yalnız öz polisimizə təşəkkür etmək qalır”.

Tarix
2020.01.19 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla