Yuxarı

Neftçalalılar: Sabir bəy bizi seçdi, biz də onu seçəcəyik - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçalalılar: Sabir bəy bizi seçdi, biz də onu seçəcəyik - Video

61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Tatarməhəllə kəndinin sakinləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, kənd sakinləri S.Rüstəmxanlının gördüyü işlərdən danışıb, onun zaman-zaman mətbuatda xalqın problemləri ilə bağlı qaldırdığı məsələlərdən söz açıblar. Onlar S.Rüstəmxanlının yaradıcılığını, eləcə də ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd ediblər.

Seçicilər S.Rüstəmxanlıya səs verəcəklərini və bundan qürur hissi keçirdiklərini bildiriblər:

“Bu dairədən xeyli adam namizəd olsa da, biz Sabir Rüstəmxanlını seçirik. Çünki səsimizi aidiyyəti qurumlara çatdıra bilən bir şəxsiyyətin millət vəkilimiz olmasını istəyirik. Burdan namizədliyini irəli sürən digər biri seçilsə də, qapılar arxasında gözləyəcək. Amma Sabir bəy həmin qapıları asanlıqla aça bilən şəxsiyyətdir. Buna görə də neftçalalılar, eləcə də kəndimizin sakinləri yekdil olaraq, Sabir Rüstəmxanlını dəstəkləyirik”.

Tədbirdə çıxış edən Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev ölkənin tanınmış şəxsiyyətlərinin Sabir Rüstəmxanlı haqqında dedikləri fikirləri səsləndirib, sonra isə sakinlərin yekdil olaraq ona səs verəcəyini deyib:

“Sabir bəy Neftçalanı seçdi, biz də onu seçəcəyik. Bu, bizim vətəndaşlıq missiyamızdır. Mən başqa namizədlərin plakatlarına baxanda, onların verdikləri vədlərlə tanış olanda, açığı, təəssüf hissi keçirirəm. Qardaşlar, axı sadaladığınız problemləri həll etmək sizin gücünüz daxilində deyil! Namizədlər arasında həmin məsələləri həll edə biləcək bir insan var, o da Sabir bəydir. O, Xalq şairidir, o, ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Ona görə də sizin qapınıza gələn namizədlərə deyin ki, bağışlayın, bizim namizədimiz var, o, Sabir Rüstəmxanlıdır”.

Çıxışçı bu dairədən deputatlıq iddiasına düşən şəxslərə də səslənib:

“Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm. Eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atdı. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.

Daha sonra çıxış edənlər bildiriblər ki, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm addımlar atılıb; kəndə həm yol, həm qaz xətti çəkilib. Amma onlar qonşu kəndlərdə həm yol, həm də qaz xəttinin çəkilməsi ilə bağlı problemlərin olduğunu bildiriblər. Sabir Rüstəmxanlıdan xahiş ediblər ki, seçiləcəyi təqdirdə həmin problemlərin həlli istiqamətində müəyyən işlər görsün.

Sonda kənd sakinləri ayrı-ayrılıqda çıxış edərək şəxsi problemləri barədə danışıblar. Bəziləri təhsil, iş, bəziləri sosial müavinətlərlə bağlı problemlərini dilə gətirərək, S.Rüstəmxanlıdan kömək istəyiblər.

Tarix
2020.01.24 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla