Yuxarı

Komitədən gənclərlə bağlı yeni qərar: Ödənişsiz olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədən gənclərlə bağlı yeni qərar: Ödənişsiz olacaq

Diasporla İş üzrə Dövlət Komitəsi irimiqyaslı layihələrindən olan diaspor gənclərinin növbəti yay düşərgəsinə hazırlaşır.

Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, “Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyən gənclərin artıq qeydiyyatına başlanıb.

Yay düşərgəsi bu il iyulun 12-dən 19-na qədər Qusar şəhərində keçiriləcək.

Düşərgə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunur.

Dövlət Komitəsi artıq diaspor gənclərinin iki yay düşərgəsini uğurla həyata keçirib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri bu mühüm platforma ətrafında bir araya gələrək Azərbaycanla daha yaxından tanış olub, eyni zamanda şəbəkələşmək imkanı qazanıblar.

Hər il olduğu kimi bu il də düşərgədə yaşı 18 ilə 29 arasında olan, Azərbaycan dilində ünsiyyət qurmağı bacaran gənclər iştirak edə bilərlər. Əvvəlki düşərgələrdə olduğu kimi Diaspor Gənclərinin III Yay Düşərgəsində də iştirak ödənişsizdir.

“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyənlər BU linkə daxil olaraq müraciət forması və düşərgədə iştirak şərtlərini öyrənə bilərlər.

Tarix
2020.02.04 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla