Yuxarı

Rüstəmxanlı görüşlərini davam etdirir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı görüşlərini davam etdirir - Video

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı təbliğat-təşviqat prosesi çərçivəsində Yod-brom zavodunda seçicilərlə görüşüb. Deputatlığa namizədin vəkilləri çıxış edərək, onun gördüyü işlərdən, Neftçala barədə planlarından söz açıblar.

Axar.az xəbər verir ki, zavodun qocaman geoloqu, rayonda “canlı ensklopediya” adlandırılan Bağır Güləhmədov Sabir Rüstəmxanlı haqqında geniş nitq söyləyib.

“Sabir müəllim hələ tələbəlik illərindən özünü bu millətə həsr edib, bu xalqın inkişafı üçün əlindən nə gəlibsə, əsirgəməyib. Hətta ən təhlükəli anlarda belə, o, yolundan geri çəkilməyib. İndi biz bir millət olaraq sizin arxanızda dayanmalıyıq, siz bunu haqq etmisiz. Bəxtiyar Vahabzadə çıxışlarınln birində dedi ki, Sabir əsl kişi adamdır. Sizin mərdliyinizə, qorxmazlığınıza, millət üçün mücadilənizə ulu öndər Heydər Əliyev də yüksək qiymət verib. Biz bu gün fəxr edirik ki, Sabir Rüstəmxanlı bizim rayonumuza gəlib. Bütün Neftçala sizin arxanızdadır. Mən əminəm ki, bu camaat seçki günü məntəqələrə gələrək yekdilliklə sizə səs verəcəklər”, - o bildirib.

Sabir Rüstəmxanlı çıxışında Neftçalanın ziyalı mühiti, zəhmətkeş insanlarından danışıb, bu rayonla bağlı ciddi işlər görəcəyini bildirib.

Daha sonra deputatlığa namizəd zavodun işilə maraqlanıb.

Qeyd edək k, Neftçaladakı yod zavodu istehsal gücünə görə MDB ölkələri arasında birinci, dünyada isə üçüncü bu tipli zavoddur.

Yodlu-bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində çıxarılır. 240 işçinin çalışdığı zavodda 2 əsas və 3 köməkçi müəssisə mövcuddur. İldə zavodda 350 ton yod istehsal olunur. 26 min kubmetr yodlu-bromlu sudan isə 1 ton yod alınır.

Tarix
2020.02.07 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla