Bakıda ifşa edilən dini ekstremist cinayətkar dəstənin
öldürdüyü iş adamı barəsində məlumatlar var.
Axar.az yada salır verir ki, ötən il noyabrın 24-də yaşadığı
evdə odlu silahla qətlə yetirilmiş Qəbələ sakini Vahid Vahabov
"Soyuq bulaq" restoranının sahibi olub. Mərhum hadisə vaxtı evdə
həyat yoldaşı ilə birgə imiş. O, gecəyarısı evinə soxulan şəxslərin
səsinə oyanıb. Oyanması ilə güllələnməyi bir neçə saniyə çəkib.
Cinayətkarlar onu heç yatağından qalxmağa imkan verməyərək
güllələyiblər.
O, hadisədən bir neçə gün əvvəl "Toyota Prado" markalı
avtomobilini satıb. Görünür, cinayətkarlar onun evində pulun
olduğunu biliblər. Lakin pulları aparmağa müvəffəq olmayıblar.
Ehtimal edilir ki, V.Vahabov ölümündən bir neçə gün əvvəl
"Globeks" ve "Baku hotel company" mehmanxanaları üçün lisenziya
alıb. Onun bu uğuru rəqibləri üçün xoş olmayan hal ola bilər. Digər
xəbərə görə, Vahid yaxın tanışları ilə yeyib-içərkən cəmi bir ay
ömrü qaldığını deyib. Bu, onun kimlərsə tərəfindən ölümlə təhdid
olunmasına işarədir.
Xatırladaq ki, daxili işlər və prokurorluq orqanları bir sıra
ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən
mütəşəkkil cinayətkar dəstəni ifşa edib. Araşdırmalarla müəyyən
edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı
şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini
təriqət üzvləri olan əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova,
Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib.
Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul
və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa
gəliblər. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat
tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin
ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri Gündüz
Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə
basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət
və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və
Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, cari il yanvarın
31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və
Tahir Cəbrayılzadəyə məxsus məxsus VAZ-2106 markalı avtomobilləri
qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi
Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov
tüfəngi oğurlamaları müəyyən edilib.