Yuxarı

Naqif Həmzəyev seçicilərinə təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naqif Həmzəyev seçicilərinə təşəkkür etdi

"Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə uğur qazandı. Bu uğurun təməlində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri dayanır. Azərbaycan xalqı öz seçimi ilə, Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməklə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi.

Axar.az xəbər verir ki, bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev özünün Feysbuk səhifəsində yazıb.

Naqif Həmzəyev vurğulayıb ki, mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Seçicilərimin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərmələri mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm, hər bir Gəncəlinin deputatı olacam.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb. 38 saylı Nizami ikinci seçki dairəsinndən Həmzəyev Naqif Ələşrəf oğlu – 6 min 901 səslə (44,9 faiz) növbəti dəfə deputat seçilib.

Tarix
2020.02.10 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla