Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2020


Azərbaycanda pensiyaçıların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sisteminin rəqəmlərlə izah edib.

Axar.az Report-a istinadən xəbər verir ki, M.Abbasbəylinin sözlərinə görə, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

O qeyd edib ki, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)

2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat

2. Orta pensiya məbləği - 300 manat

3. Maksimum pensya məbləği - 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım

2. 2018-ci il üzrə - 3% artım

3. 2019-cu il üzrə - 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16.6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".

Tarix
2020.02.12 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu dairənin 13 məntəqəsinin nəticəsi ləğv edildi

İrandan gələn 4 nəfər xəstəxanaya yerləşdirildi

Nəsirlinin həyatına qəsdlə bağlı - Rəsmi açıqlama

Daha bir qazinin məqaləsi Vikipediyadan silindi

DSX rəisi koronavirusla bağlı İranla sərhəddə - Foto

Əsgərimiz şəhid oldu, düşmən də məhv edildi... - Video

İranda parlament seçkisi: neçə azərbaycanlı deputat seçildi?

İstanbulda Xocalı yürüşü keçiriləcək

Nazirlikdən tibbi maskaların bahalaşmasına - Münasibət

NK koronavirusla bağlı məlumat yaydı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla