Yuxarı

Şirniyyat sexində iyrənc görüntülər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Lənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan məlumatların araşdırılması məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti monitorinq aparıb.

Xidmətin Lənkəran ərazi idarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.

Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhaulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.

Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Tarix
2015.02.23 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla