Yuxarı

Ana dilinə görə tutulanlar hələ də həbsdədir - Həsən Raşidi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana dilinə görə tutulanlar hələ də həbsdədir - Həsən Raşidi

6 il əvvəl Beynəlxalq Ana dili günündə Güney Azərbaycanda saxlanılan fəallar hələ də azadlığa buraxılmayıblar.

Bu sözləri Güney azərbaycanlı milli-mədəni fəal, yazar və tədqiqatçı Həsən Raşidi 6 il əvvəl Ana dili günü İranda saxlanılan milli fəallarla bağlı Axar.az-a danışarkən deyib.

“Ana dili günü ilə Məclis seçkiləri eyni günə təsadüf edir (Bu gün İranda seçkilər keçirilir – red.). Təəssüf ki, fəallarımız Ana dili günü ilə bağlı keçirilən tədbirdə saxlanılaraq həbsə məhkum ediliblər. Onlar, təxminən, 6 il öncə Ana dili günündə iştirak etdiklərinə görə saxlanılmışdılar. Fəalların son məhkəmələri 2 ay öncə baş tutdu. Apellyasiya məhkəməsində 4 milli fəalın hər biri barəsində 2 il həbs, 2 il sürgün hökmü çıxarıldı. Barələrində hökm çıxarılan fəallar Əkbər Azad, Bəhram Şeyxi, Əlirza Fərşi və Həmid Mənafizərdir. Hazırda çox sayda dostumuz milli məsələlərlə bağlı saxlanılıb və həbs cəzasına məhkum ediliblər”, - o bildirib.

Qeyd edək ki, bu gün Beynəlxalq Ana dili günüdür. Güney Azərbaycanda Milli Hərəkatın fəalları ana dili ilə bağlı problemlərini bu gün xüsusi olaraq gündəmə gətirirlər.

Tarix
2020.02.21 / 14:27
Müəllif
Aytac Araz
Digər xəbərlər

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Xəritə

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla