Yuxarı

Milli şəbəkə yarandı: hədiyyələr paylanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli şəbəkə yarandı: hədiyyələr paylanacaq

Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan MyDay.az istifadəyə verilib.

Axar.az xəbər verir ki, sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəyə qoşulan şirkətlər vasitəsilə istifadəçilərin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha sərfəli və maraqlı keçirməsini təşkil etməkdir.

Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi. Yaradıcılar bu baxımdan MyDay layihəsini həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi kimi qiymətləndirirlər.

"Mənim günüm" (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var. Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib. Myday-ın istifadəçilər üçün təşkil etdiyi kampaniyaya Özkaya Group, Vision TV, Hotel Admiral, Baku Kitchen Academy, Vizitka.az kimi bir sıra şirkətlər və Park Bulvarda yerləşən Sport Cafe, Park Cinema və Verenda Restoranı qoşulub. Şəbəkədən istifadə etməklə bərabər burada keçirilən kampaniyalardan yararlanaraq bolluca hədiyyələr qazanmaq mümkündür.

Myday-ın ilk dəstəkçisi Epiderm Lazer Epilyasiya Mərkəzidir. Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün özləri könüllü müraciət ediblər.

Tarix
2015.02.24 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla