Yuxarı

Azərbaycanda olan əcnəbilərin diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda olan əcnəbilərin diqqətinə

Azərbaycanda olma müddəti bitən bütün əcnəbilərin müraciətləri 30 aprel tarixinə kimi qəbul olunmuş sayılır. Bunun üçün elektron qaydada müraciət etməyə və ya qurumun qəbul şöbələrinə gəlməyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərov sosial şəbəkə hesabında yayıb.

E.Kələntərov bildirib ki, ölkədə olma müddəti bitən şəxslər narahat olmaya bilərlər. Çünki artıq onların müraciətləri qəbul olunub:

“Sadəcə, elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə etmək mümkündür. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ölkədə qalma müddəti bitən əcnəbilərin kodları yerləşdiriləcək. Həmin kodları əldə etməklə ödəniş terminallarında ödəniş edə biləcəklər”.

DMX sözçüsü bildirib ki, Dövlət Rüsumu haqqında Qanuna əsasən, 30 gün üçün yetkinlik yaşına çatmayan şəxslərə dövlət rüsumunun miqdarı 15 manat, yetkinlik yaşına çatan şəxslərə isə 30 manatdır. 60 gün üçün isə yetkinlik yaşına çatmayanlara 30 manat, yetkinlik yaşına çatan şəxslərə isə 60 manatdır.

Tarix
2020.03.25 / 12:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla