Yuxarı

Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - Rəsmi

Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki, İşçi qruplarının müzakirəsi mərhələsindədir:

"Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istənilən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 İşçi Qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq".

İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür:

"Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəri başdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip belədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir".

Tarix
2020.03.25 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

Azərbaycana hücum etməmişik – Bəqai

İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?..

İrandan təxliyə edilən şəxslərin sayı...

Neft 110 dolları ötdü: Azərbaycana təsiri...

Ermənistana 488 ton taxıl yola salındı

Nazirlər Kabineti İranla bağlı bu qadağanı ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla