Yuxarı

Ukrayna mediası Qurbanovdan nələr yazdı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna mediası Qurbanovdan nələr yazdı?

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" – "Qarabağ" oyunu ərəfəsində Ukrayna mətbuatı baş məşqçi Qurban Qurbanov haqqında geniş təhlil dərc edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, "champion.com.ua" nəşri "Qarabağ"ın son illərdə qazandığı uğurların təsadüfi olmadığını vurğulayaraq, bunun əsas səbəbkarı kimi 18 ildir komandaya rəhbərlik edən Qurban Qurbanovu göstərib.

Məqalədə qeyd olunub ki, Qurbanov "Qarabağ"a təyin olunanda ona böyük inam yox idi. Buna səbəb onun daha əvvəl "Neftçi"də uğursuz nəticələr göstərməsi idi.

Ukrayna nəşri Qurbanovun əsas üstünlüklərindən birinin sabit kollektiv formalaşdırmaq bacarığı olduğunu qeyd edib. Yazıda Abdullah Zubirin 366, Ansi Aqolinin 298, Kevin Medinanın 204, hazırda Ukraynanın "Polissya" klubunda çıxış edən Leandro Andradenin isə 213 oyunda "Qarabağ"ın formasını geyinməsi buna nümunə göstərilib.

Müəllif yazır ki, məhz bu sabitlik "Qarabağ"ı Avropada tanınan komandaya çevirib. Məqalədə 2014-cü ildə "Dnepr" üzərində səfər qələbəsi, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, "Atletiko Madrid"lə iki heç-heçə, 2024-cü ildə "Braqa"nın mübarizədən kənarlaşdırılması və "Bayer Leverkuzen"ə son dəqiqələrdə uduzması, həmçinin 2025/2026 mövsümündə "Benfika" və "Kopenhagen" üzərində qələbələr, "Çelsi" ilə heç-heçə xüsusi qeyd olunub.

Təhlildə Qurbanovun transfer siyasətinə də yer ayrılıb. Bildirilib ki, "Qarabağ" böyük büdcəli transferlərdən daha çox, komandanın oyun sisteminə uyğun futbolçular seçir.

Məqalədə Qurbanovun oyun fəlsəfəsi də geniş təhlil olunub. Müəllif qeyd edib ki, "Qarabağ" hətta "Çelsi" və "Liverpul" kimi rəqiblərə qarşı da topa sahib olmağa və öz oyununu oynamağa çalışır.

Müəllif yazır ki, oyun üslubuna görə "Qarabağ" ölkə daxilində "Qafqazın Barselona"sı kimi tanınır.

Nəşr əlavə edib ki, Qurbanov daim özünü inkişaf etdirməyə çalışır. Buna misal olaraq onun ötən mövsüm Almaniyada "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun iş prosesi ilə yaxından tanış olması göstərilib.

Yazının sonunda müəllif Qurban Qurbanovun artıq Azərbaycanda sadəcə məşqçi deyil, milli futbolun simvollarından birinə çevrildiyini vurğulayıb. Sabiq kapitan Maksim Medvedev isə onu məşhur şotlandiyalı mütəxəssis Aleks Ferqyusonla müqayisə edib.

"Qurbanov bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. O, nə qədər istəsə, "Qarabağ"ın baş məşqçisi olaraq qalacaq. Günlərin birində özü qərar verəcək və karyerasını başa vuracaq", - deyə Medvedev bildirib.

Tarix
2026.08.06 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla