Yuxarı

Çarukyana qarşı yeni ittiham irəli sürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çarukyana qarşı yeni ittiham irəli sürüldü

Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan 2,5 milyon dolların hədə-qorxu ilə ələ keçirilməsi və çirkli pulların yuyulmasına dair yeni ittihamla üzləşib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2008-ci ildə Çarukyan Livanda yaşayan erməni əsilli iş adamı G.T. ilə tanış olub, bundan sonra onlar birgə biznes qurmaq barədə razılığa gəlib:

“2009-cu ildə onlar hərəsinin 50% paya sahib olduğu qızıl zinət əşyalarının satışı ilə məşğul olan bir şirkət təsis edib. Şirkətin direktoru vəzifəsinə isə Sedrak Arustamyan təyin olunub. Həmin dövrdə livanlı iş adamı Çarukyana Kotayk vilayətinin Akunk kəndində içməli su istehsalı zavodu tikməyi təklif edib. Razılaşmaya əsasən, iş adamı istehsal avadanlıqlarını almalı, Çarukyan isə zavodun binasını inşa etməli idi. Lakin fəaliyyətin təşkili mümkün olmayıb. 2010-cu il avqustun 17-də Çarukyan və Arustamyan Arincdə yerləşən malikanədə zor tətbiq etməklə hədələyərək livanlı iş adamından şirkətlərdəki paylarını Arustamyana verməsini nəzərdə tutan sənədləri imzalamasını tələb ediblər”.

Qeyd edək ki, Çarukyan və Arustamyan əldə etdikləri səhmləri leqallaşdırmağa cəhd göstərib və Komitə bunu xüsusilə külli miqdarda çirkli pulların yuyulması kimi qiymətləndirib.

Tarix
2026.08.06 / 16:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla