Yuxarı

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, “Daily Monitor” qəzetinin məlumatına görə, 27 yaşlı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün səhər saatlarında vəfat edib.

Devid Ovori Uqanda futbolunun aparıcı oyunçularından biri hesab olunurdu. Müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən futbolçu 2024-cü ildə "Villa" klubunun Uqanda çempionu olmasında həlledici rol oynayıb. Həmin çempionluq klubun son 20 ildə qazandığı ilk titul olub.

2026-cı ilin may ayında isə Ovori Uqanda Kubokunun ən yaxşı müdafiəçisi seçilmişdi ki, bu da onun yüksək oyun səviyyəsinin göstəricisi sayılırdı.

Futbolçu yalnız Uqandada deyil, xaricdə də çıxış edib. O, müxtəlif illərdə İspaniyanın "Velez" və İsveçin "Utsiktens" klublarının formasını geyinib.

Ovori "Villa"nın heyətində son oyununu faciədən cəmi üç gün əvvəl – avqustun 1-də keçirib.

Yerli KİV-lərin, o cümlədən “Daily Monitor” nəşrinin yazdığına görə, hücumun küçə quldurluğu və ya cinayətkar qruplar arasındakı qarşıdurma ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Lakin hadisənin dəqiq motivi hələ müəyyən edilməyib.

Kampala polisi faktla bağlı araşdırmaya başlayıb.

Araşdırma aparılır.

Tarix
2026.08.06 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla