Yuxarı

Bəzi otellərdən karantin rejimi üçün istifadə olunur - Nağıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi otellərdən karantin rejimi üçün istifadə olunur - Nağıyev

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Agentlikdən Axar.az-a bildirilib ki, müraciətdə bir çox sənaye nümayəndələrinin hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq Dövlət Turizm Agentliyinin çağırışına müsbət cavab verirlər. Diqqətə çatdırılıb ki, hazırda Bakıda və regionda bir sıra otellər xaricdən qayıdan vətəndaşlarımızın karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Biz karantin rejimində vətəndaşlara xidmət göstərən otellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla kollektivinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin əməkdaşları aidiyyəti dövlət qurumları ilə birlikdə koronavirusla əlaqədar qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücü ilə çalışır və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq. İnanırıq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdikləri turizm sahəsi bundan sonrakı dövrdə daha sürətlə inkişaf edəcək.

Gücümüz birliyimizdədir və məhz birgə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik.

Tarix
2020.03.26 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla