Yuxarı

Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 91 milyon 442 min 445 manata çatıb.

Axar.az xəbər verir ki, Fonda 2641 fiziki, 115 hüquqi şəxs ianə edib.

Fiziki şəxslər arasında ən yüksək ianə hələ də Qod Nisanovun adı ilə bağlıdır – 2 milyon manat.

Fiziki şəxs olaraq ianə edənlər arasında məmurlarımızın sayı artıb. Belə ki:

1. İsmət Abbasov (Baş nazirin müavini) - 5 min,

2. Məleykə Abbaszadə (DİM sədri) - 8 min,

3. Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) – 3 min,

4. Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) – 3951,

5. Eyyub Yaqubov (Baş nazirin birinci müavini) – 9 min,

6. Natiq Əmirov (Prezidentin köməkçisi) – 10 min,

7. Səfər Mehdiyev (Gömrük Komitəsinin sədri) – 10 min,

8. Yəhya Musayev (Müdafiə sənayesi nazirinin müavini) – 10 min,

9. Əbülfəs Qarayev (Mədəniyyət naziri) – 5 min,

10. Cavid Qurbanov (Dəmir Yolları ASC-nin sədri) – 10 min

11. Oqtay Şirəliyev (Səhiyyə naziri) – 10 min və s.

adlarını siyahıya yenilikcə yazdırıblar.

Yeri gəlmişkən qeyd edək ki, Baş nazirimiz Əli Əsədovun köçürdüyü məbləğdə dəyişiklik olub. Belə ki, ötən gün 3600 idisə, bu gün məbləğ 10 mindir.

Bundan başqa, xalq artisti Alim Qasımov 1500, aparıcı Xoşqədəm Hidayətqızı 1000, deputat Cavanşir Feyziyev 20 min manatla kampaniyaya qoşulub.

Üç sabiq – Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov (3 min) və Prezident katibliyinin rəisi Dilarə Seyidzadə də (2 min) kənarda qalmayıb. Hacıbala Abulatılov 37.200 manatla ianə edənlər arasında fərqlənib.

Daha bir diqqətçəkici ianə Nigar Arpadaraidir. Yeni seçilən deputat, digər həmkarlarından fərqli olaraq, Fonda 300 manat köçürüb.

Ən maraqlı isə tanınmış jurnalist Rey Kərmioğluna aiddir. İmkanlarının məhdudluğuna baxmayaraq, həmkarımız 50 manatla koronavirusa qarşı mübarizəyə dəstəyini ifadə edib.

Tarix
2020.03.27 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla