Yuxarı

Metroda hərəkət məhdudlaşdırıldı – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda hərəkət məhdudlaşdırıldı – Rəsmi

Bakı Metropoliteni QSC yeni iş vaxtına keçdikdən sonra sərnişin axınına nəzarət olunması, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarəti gücləndirilib.

Qurumdan Axar.az-a verilən məlumata görə, hazırda Bakı metropolitenində tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir. Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var.

Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib. Metro stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.

Tarix
2020.03.30 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla