Yuxarı

Daha 4 rayon üzrə pensiyalar hesablara köçürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 4 rayon üzrə pensiyalar hesablara köçürüldü

Bu gün daha 4 rayon - Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiya ödənişi həyata keçirildi. Həmin rayonlar üzrə 82 734 pensiyaçının hesablarına aprel ayının pensiyaları köçürülüb.

Axar.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, son üç gündə Bakının bütün rayonları, habelə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bu ayın pensiya ödənişləri həyata keçirilib: "Aprelin 15-də isə ölkənin digər rayon və şəhərlərindəki pensiyaçılar öz pensiya vəsaitlərini alacaqlar. Həmin gün dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin pensiyaları da ödəniləcək. Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək".

"Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq", - F.Talıbov qeyd edib.

Tarix
2020.04.10 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla