Yuxarı

Qadağalar birdən aradan qaldırılsa... – BDYP

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadağalar birdən aradan qaldırılsa... – BDYP

Yumşaldmalar mərhələli şəkildə həyata keçirilsə, yollarda dəhşətli tıxacların müşahidə ediləcəyini hesab etmirəm. Ancaq aydın məsələdir ki, bu qadağalar birdən aradan qaldırılsa, işi olan da, olmayan da küçəyə, şəhərə axışacaq və bu da dəhşətli tıxaclara səbəb olacaq.

Bu sözləri Axar.az-a Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev karantindən sonrakı dövrdə yollarda müşahidə olunacaq duruma aydınlıq gətirərkən deyib.

K.Əliyev bildirib ki, sürücülər də, vətəndaşlar da yolarda dəhşətli sıxlıq və tıxacın yaranmasını istəmirlərsə, yumşaldılmalar başlar-başlamaz şəhərə çıxmamalıdır:

“Bu günlər ərzində hərəkət iştirakçılarından daha çox sürücülər evdə olduğundan yollarda adi günlərlə müqayisədə nisbətən boşluq yaşanır. Anlaşılandır ki, uzun müddətdir evdə olmaq hamını darıxdırır. Karantindən dərhal sonra qohum, qonaq ziyarətləri təşkil edilsə, təbii ki, yollarda sıxlıq da yaranacaq. Yumşaldılmalar mərhələli şəkildə aparılsa və vətəndaşlar daha duyarlı olsa, hesab edirəm ki, yollardakı vəziyyət də yaxşı olacaq”.

Tarix
2020.04.28 / 13:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla