Yuxarı

AzTV və İTV o insanların səsini eşitsin... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV və İTV o insanların səsini eşitsin... – Millət vəkili

Ötən gün onlayn şəkildə bir qrup eşitmə və danışma qabiliyyəti olmayan və ya çox zəif olan insanların ailə üzvlərinin müraciətlərini dinlədim. Onlar müraciətlərini, onları narahat edən məsələləri Milli Məclisdə səsləndirməyimizi xahiş etdilər və problemlərinin həlli üçün Milli Məclis tərəfindən də dəstək gözlədiklərini vurğuladılar.

Axar.az xəbər verir ki, bu sözləri Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin plenar iclasındakı çıxışında deyib.

O bildirib ki, eşitmə və danışma qabiliyyəti olmayan və ya çox zəif olan insanların telekanalların hazırladığı informasiya proqramlarında, bir sıra vacib maarifləndirici, sosial və mədəni proqramların hazırlanmasında nəzərə alınmaması ciddi bir problem kimi qiymətləndirilir:

“Televiziyalar ən çox izlənən media vasitəsidir. Demək olar ki, insanların əksəriyyəti ölkə və dünya gündəmində baş verən hadisələr haqqında informasiyanı televiziya kanallarının hazırladığı xəbərlər proqramlarına baxaraq əldə edirlər. Ona görə də eşitmə və danışma qabiliyyəti olmayan insanların, xüsusilə də televiziya kanallarında yayımlanan verilişlərdə nəzərə alınması çox önəmlidir. Təbii ki, bütün verlişlərdə bunu etmək çox çətin məsələdir. Amma ən azından informasiya proqramlarında, bir sıra vacib maarifləndirici, sosial və mədəni proqramlarda surdo-tərcümədən istifadə edilməsi vacibdir. Bəzi telekanalların yayımladığı informasiya proqramlarında subtitrlərdən istifadə olunur. Subtitrlər eşitmə və danışma qabiliyyəti olmayan şəxslərin xəbərləri başa düşməsinə yardımçı olur. Amma subtitrlər çox sürətlə verilir ki, onu oxuyub çatdırmaq çox vaxt mümkün olmur. Eyni zamanda subtitrləri oxumaqla xəbərləri başa düşmək olmur. Çünki onlar əksər hallarda başlıq formasında təqdim olunur. Ona görə mən o insanların müraciətinin bir daha burda səsləndirərək özəlliklə dövlət büdcəsindən maliyyələşən dövlət televiziyamız AzTV-yə, dövlətin dəstəyi ilə cəmiyyətin maarifləndirilməsi missiyasını yerinə yetirən İTV-yə və digər özəl kanallara da müraciət edirəm ki, bu insanların səsini dinləyək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə SurdoTV.Az video portalın yaradılmasını çox yüksək dəyərləndirən və bunun önəmini xüsusi vurğulayan millət vəkili portalın insanlara televiziyalar qədər geniş məlumatlar çatdırma imkanına malik olmadığını bildirib.

Tarix
2020.05.05 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla