Yuxarı

Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?

Təhsil Naziri Ceyhun Bayramovun 5 may 2020-ci ildə imzaladığı qərara əsasən Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla, rayon təhsil işcilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur. Yəni yuxarıdakı şəhərlər istisna olmaqla, yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər.

Ölkə üzrə məktəblərdə dərslərin bərpa edilmədiyi bir vaxtda direktor, müəllim, texniki içilərin işə çağırılma səbəbi isə maraq doğurub.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəblərdə tədris bərpa olunmasa da, təhsil ocaqlarında kifayət qədər görülməsi vacib olan işlər var.

“Müəyyən sənədləşmə işləri var ki, onlar aparılmalıdır. Həmçinin onlayn dərslərlə bağlı xüsusilə bölgə məktəblərində problemlər yaşandı. Bölgə müəllimlərinin bir çoxunun kompüteri, internet təminatı yoxdur. Həmin müəllimlər məktəblərin bu texniki bazasından istifadə edəcək. Məktəbin interneti və kompüteri vasitəsilə virtual dərslər keçəcəklər. Bu baxımdan nazirin imzaladığı qərar təqdirə layiqdir”, - ekspert bildirib.

E.Qafarov qeyd edib ki, artıq işə cəlb olunan məktəb rəhbərləri və rayon təhsil şöbələri evdən deyil, birbaşa məktəbdən müəllimlərin, məktəb şagirdlərinin onlayn dərslərə, “Virtual məktəb”ə cəlb edilməsinə daha sistemli şəkildə nəzarət edə bilərlər:

“Texniki işçilərin işə cəlb edilməsi isə məktəblərin pandemiyadan sonra təmizlənməsi, dezinfeksiya edilməsi ilə bağlıdır. Proses ona gedir ki, karantin rejimi artıq mərhələli şəkildə ləğv olunur. Buradan belə başa düşmək olar ki, krantin rejimi yumşaldıqca məktəblərin açılması da reallaşa bilər. Təbii ki, dərslərin başlaması ilə bağlı qərarı Operativ Qərargah verəcək. Hesab edirəm ki, yeni dalğa gəlməyəcəyi halda Operativ Qərargah iyunun əvvəlində dərslərin başlaması ilə bağlı qərar da verə bilər”.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin 1 mayda yaydığı rəsmi açıqlamada tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsinin nəzərdə tutulmadığı xüsusi olaraq vurğulanıb.

Tarix
2020.05.06 / 12:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla