Yuxarı

İH-dən cavab: Başçının varidatının siyahısı... – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İH-dən cavab: Başçının varidatının siyahısı... – Video

13:41

Elxan Usubovla bağlı yayılan məlumatdan xəbərimiz var. Bu, böhtandır və şər xarakterli informasiyadır. Yazılanların heç biri həqiqətə uyğun deyil.

Bu sözləri Axar.az-a Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi bildirib. Elxan Usubovun varidatı ilə bağlı Almaniyada yaşayan jurnalist Həbib Müntəzirin yaydığı siyahıdan danışan başçı köməkçisinin sözlərinə görə, bu, başçının nüfuzuna xələl gətirmək üçün müvafiq şəxslər tərəfindən aparılan qara kampaniyadır:

“Bunu bu cür qiymətləndirmək lazımdır. Məsələyə azad informasiya nöqteyi-nəzərdən baxılanda, deyə bilərik ki, bu cür məlumatların istər kütləvi informasiya vasitələrində, istər sosial şəbəkələrdə getməsi, işıqlandırılması normaldır. Çünki medianın, mətbuatın işi budur. Bunu ümumiyyətlə saxlamaq, qarısını almaq mümkün deyil. Hər bir məmur, icra başçısı haqqında dəfələrlə bu cür, reallığı əks etdirməyən məlumatlar yayılıb və əksəriyyəti də təsdiqini tapmayıb”.

Başçı köməkçisi deyib ki, E.Usubovun də mövqeyi bu cürdür:

“Bu gün kiməsə böhtan, şər atmaq çox ucuz olub. Bu cür məlumatlar ancaq dövlətinə xidmət etmiş şəxslərin nüfuzunə xələl gətirmək məqsədi güdür”.

Xatırladaq ki, jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb. Jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib:

1. Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

2. Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

3. Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil

4. Şəkidə 5 ədəd dəbdəbəli malikanə

5. Şəkidəki süd zavodu

6. Şəkidəki “Sünbül” çörəkbişirmə sexi

7. Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” oteli

8. Şəkinin Kiş kəndindəki “Narınqala” oteli

9. Şəkinin Kiş kəndində “Şam bağı” oteli

10. Kiş kəndində “Cənnət bağı” oteli

11. “Dağüstü park” deyilən yerdəki “Panorama” oteli

12. Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

13. Ağstafada bir malikanə

14. Gürcüstanda böyük fındıq zavodu

15. ”CHEMİCO CO LTD” MMC şirkəti

16. ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)...

Tarix
2020.05.20 / 15:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla