Yuxarı

XDMX "əməkdaşı" ifşa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XDMX "əməkdaşı" ifşa olundu

Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaranmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş rayon polis şöbəsi tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Tarix
2020.05.28 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla