Yuxarı

Pandemiya internetə tələbatı nə qədər artırıb? - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya internetə tələbatı nə qədər artırıb? - Nazirlik

Bir çox özəl və dövlət qurumlarının əməkdaşları pandemiya səbəbindən onlayn iş rejimində çalışırlar. Həmçinin təhsil müəssisələri və kursları da bu müddətdə onlayn fəaliyyətini davam etdirib. Bütün bunlar isə öz növbəsində ölkədə internetə qoşulmaların sayına təsir edib.

Maraqlıdır, ötən illə müqayisədə bu ilin müvafiq dövründə (ilk 6 ay) qoşulmaların faiz nisbəti necə dəyişib?

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiya Nazirliyindən bildirilib ki, bu il internetdən istifadə nəzərəçarpacaq dərəcədə artıb.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün qurumları, o cümlədən Aztelekom MMC və Bakı Telefon Rabitəsi MMC (Baktelecom) xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərməklə müvafiq xidmətlərin dayanıqlığının və keyfiyyətinin artırılması üçün fasiləsiz iş prosesi təşkil edib. Əhalinin böyük hissəsinin karantin rejimi dövründə evdə olması, işçilərin onlayn rejimdə fəaliyyət göstərməsi, dərslərin distant formatda keçirilməsi multimedia xidmətlərinə olan tələbatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Sözsüz ki, bu da öz növbəsində həm internet istifadəçilərinin sayının, həm də istifadə edilən internet trafikinin artımına gətirib çıxarır. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Telefon Rabitəsi MMC (Baktelecom) şəbəkəsi üzrə multimedia xidmətlərinə qoşulmada 32 faiz, Aztelekom MMC şəbəkəsi üzrə internet xidmətlərinə qoşulmada 15 faizədək artım qeydə alınıb", - nazirlikdən bildirilib.

Qeyd edilib ki, karantin müddətində müştərilərin artan telekommunikasiya xidmətlərinə olan tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin olunması istiqamətində mütəmadi olaraq işlər aparılır:

"Yarana biləcək çətinliklərin operativ həll edilməsi üçün növbətçi qrupların iş rejimi gücləndirilib, əlavə resurslar ayrılıb. Günün 24 saatı şəbəkəyə nəzarət edilir, xidmətlərin respublika üzrə dayanmaması üçün magistral xətlər daim diqqətdə saxlanılır. Müştərilərə kəsintisiz və keyfiyyətli internet xidməti göstərilməklə yanaşı, xidmətlərə yeni qoşulmaq istəyənlər üçün bütün imkanlar yaradılır".

Tarix
2020.07.02 / 13:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla